Bu ölkələr tibdə süni intellekt sahəsində liderdir
Bu ölkələr tibdə süni intellekt sahəsində liderdir
21 İyun 2019 13:22 DünyaMilli səhiyyə sistemlərində süni intellektin tətbiqinə görə lider ölkələrin adı açıqlanıb.
Olaylar.az bildirir ki, bu barədə "Philips" korporasiyası"Future Health Index" adlı araşdırma aparıb.
Araşdırmaya görə, Çin, Səudiyyə Ərəbistanı və Sinqapur milli səhiyyə sistemlərində süni intellektin tətbiqinə görə dünya liderləridir.
15 ölkə arasında milli səhiyyə sistemlərində süni intellektin ən az tətbiqi ABŞ (10%), Avstraliya və Niderlandda (8%) qeydə alınıb.
Tibdə ən yeni texnologiyalardan istifadə üzrə yüksək göstəricilər Çin (45%), Səudiyyə Ərəbistanı (34%) və Sinqapurda (28%) qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31