21 yaşlı qadın yeni doğulan körpəsini zibilliyə atdı – Körpə çantada öldü
21 yaşlı qadın yeni doğulan körpəsini zibilliyə atdı – Körpə çantada öldü
20 İyun 2019 16:41 DünyaRusiyanın Kemerovo bölgəsində dəhşətli cinayət baş verib.
21 yaşlı qadın yeni doğulan körpəsini zibil yeşiyinə atıb.
Belə ki, həmin ərazidə yaşayan şəxs iti ilə gəzərkən zibil yeşiyində idman çantası tapıb. Çantanı açanda isə dəhşətə gəlib. Çantanın içərisində yeni doğulmuş körpə cəsədi olub.
Sonradan polislər araşdırmalar aparıb.
Araşdırmalar zamanı körpəsini ölümə tərk edən 21 yaşlı qadın tapılıb.
Məlum olub ki, həmin şəxs evdə doğuş edib. Uşaq tam sağlam və qüsursuz doğulub.
Qadın isə körpəni istəməyib. Bu səbəbdən də, onu çantaya qoyaraq zibilliyə atıb.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
baku.ws
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31