İki bacı həkimi döyüb yerlə sürüdü – Video
İki bacı həkimi döyüb yerlə sürüdü – Video
19 İyun 2019 17:06 DünyaƏdirnədə Sultan I Murad adına dövlət xəstəxanasında həkimi döyən iki bacı haqqında məhkəmə qərarı açıqlanıb.
Məhkəmə Songül və Zümrüd Üzümqoparan bacılarına 1 il 10 ay 15 gün həbs cəzası verib.
Məhkəmə Zümrüd Üzümqoparanın həbs müddətini təxirə salıb, amma Songül Üzümqoparan barədə hökm qüvvədə saxlanıb.
Xatırladaq ki, bacılar həkim Tuba Çıkmazı iş zamanı döyüblər.
Songül Üzümqoparan məhkəmə zamanı bildirib ki, həkimdən atalarının səhhəti haqqında soruşduqda "atanızın 75 yaşı var, ölürsə-ölsün" cavabını alıblar.
Dava da bu üzdən olub.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31