ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub
ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub
18 İyun 2019 14:40 DünyaABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub.
APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Twitter" səhifəsində bildirilib.
"ABŞ-ın Kiyevdəki səfirliyi binada bombanın olması ilə bağlı məlumat alıb və bu hadisəni araşdırır", - deyə səfirliyin "Twitter" səhifəsində qeyd olunub. Amerikalı diplomatlar vətəndaşlara ABŞ-ın Ukraynadakı səfirliyini ziyarət etməməyi məsləhət görüb.
Qeyd edək ki, bu gün ABŞ-ın Ukraynadakı səfirliyinə yeni müvəqqəti işlər vəkili Vilyam Teylor gəlib. V.Teylor 2006-2009-cu illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31