ABŞ miqrantların kütləvi deportasiyasına başlayacaq

ABŞ miqrantların kütləvi deportasiyasına başlayacaq

ABŞ-ın immiqrasiya və gömrük polisi milyonlarla miqrantı gələn həftədən deportasiya etməyə başlayacaq.

Olaylar.az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı öz "Twitter" hesabında yazıb.

"Gələn həftə ABŞ-ın immiqrasiya və gömrük polisi qanunsuz olaraq Birləşmiş Ştatlar ərazisinə keçmiş milyonlarla əcnəbinin deportasiyası prosesinə başlayacaq. Onlar gəldikləri sürətlə də ölkədən göndəriləcəklər", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31