4 aya Ermənistandan 400 milyon dollar çıxarıldı
4 aya Ermənistandan 400 milyon dollar çıxarıldı
18 İyun 2019 11:56 DünyaErmənistandan maliyyə vəsaitlərinin axını yüksək olaraq qalmaqda davam edir.
Bu məlumatı "Faktinfo" yayıb. Məlumata görə, hakimiyyət dəyişikliyindən sonra bu proses zəifləmək yerinə daha da güclənib. Sayt son dörd ay ərzində ölkədən bank sistemi vasitəsilə fiziki şəxslərin 397 milyon dollar vəsait apardıqlarını bildirib:
"Bu, hər ay üçün 100 milyon dollar təşkil edir. Bu, iqtisadiyyat və maliyyə sistemi üçün ciddi rəqəmdir. Ən aktiv pul köçürmələri apreldə qeydə alınıb. Bu ay ərzində Ermənistan bank sistemləri vasitəsilə 110 milyon dollar ölkədən çıxarılıb. Bu, keçən ilin analoji dövrüylə müqayisədə 17 milyon çoxdur".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31