Kim Çenin uşaqlığına dair - Maraqlı fakt
Kim Çenin uşaqlığına dair - Maraqlı fakt
18 İyun 2019 11:06 DünyaŞimali Koreya lideri Kim Çen İn uşaqlığında siyasətlə əlaqəsi olmayan bir çox hobbiyə sahib olub.
Bu barədə siyasətçinin jurnalist Anna Fayfildin müəllifliyində dərc olunan bioqrafiyasında deyilib. Məlumata görə, Kim Çen uşaqlığında video-oyunları, xüsusilə də "Super Mario" seriyasını çox sevib, bütün Ceyms Bond filmlərini izləyib, silahlarla vaxt keçirməyi xoşlayıb.
Ailənin ərköyün, sevimli oğlu heç vaxt alkoqollu içkiləri sevməyib, qızlarla ünsiyyətdən qaçıb. Bundan əlavə səyahət etməyi çox sevən Kim Çen İn "Disneylənd" gəzintisi zamanı məşhur personaj "Mikki-Maus"un qulaqlıqlarından taxıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31