Kamikadze özünü partlatdı - 8 ölü
Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.
Hadisə nəticəsində azı 8 nəfər həlak olub.
Daha 11 nəfərin yaralandığı deyilir.
Qeyd olunur ki, partlayış nəzarət-buraxılış məntəqəsinin qarşısında baş verib. Hadisəni intiharçı terrorçunun törətdiyi deyilir.
Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
trend