Putinin köməkçisi: “S-400”lər Türkiyəyə...”
Putinin köməkçisi: “S-400”lər Türkiyəyə...”
11 İyun 2019 17:35 Dünya"Müqavilənin həyata keçirilməsi üçün heç bir problem yoxdur"
"Türkiyə ilə Rusiya arasında "S-400" Zenit-Raket Kompleksinin tədarükü müqavilədə nəzərdə tutulmuş vaxtda reallaşacaq".
RİA "Novosti" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, müqavilənin həyata keçirilməsi üçün heç bir problem yoxdur.
Y.Uşakov deyib ki, "S-400" kompleksi planlaşdırıldığı kimi iyulda Türkiyəyə təhvil veriləcək.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31