Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı - Milyonlar talanıb
Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı - Milyonlar talanıb
11 İyun 2019 14:54 DünyaErmənistanın keçmiş maliyyə və kənd təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.
KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib.
Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.
Bundan əvvəl Ermənistanın Araqatsot vilayətində fermerlərə gübrələrin paylanması zamanı baş verən sui-istifadə halları ilə əlaqədar doqquz cinayət işi açılıb.
oxu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31