Bethovenin saçları hərraca çıxarıldı - 19 min dollara
Bethovenin saçları hərraca çıxarıldı - 19 min dollara
11 İyun 2019 14:03 DünyaBöyük Britaniyanın "Sothebys" hərrac evi alman bəstəkar Lüdviq van Bethovenin saçlarını hərraca çıxarıb.
Bəstəkarın saçı ilkin olaraq 19 min dollara qiymətləndirilir.
Lakin hərrac təşkilatçıları bu saçlara marağın böyük olduğunu və həmin məhsulun daha baha qiymətə satılmasının istisna olmadığını deyir.
Qeyd edək ki, Bethoven saçlarının bu hissəsini 1826-cı ildə özü kəsərək pianoçu Anton Halma hədiyyə etmişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31