“Qolos” iştirakçısının meyiti tapılıb
“Qolos” iştirakçısının meyiti tapılıb
11 İyun 2019 13:27 Dünya"Qolos" (Rusiya) mahnı müsabiqəsinin iştirakçısı Aleksey Safiulin öz mənzilində ölü aşkarlanıb.
Bu barədə "StarHit" məlumat yayıb.
Rəsmi ölüm səbəbi hələlik məlum deyil. Ailə dostunun dediyinə görə, 44 yaşlı Safiulin iyunun 9-a keçən gecə vannada boğulub.
Artistlə vida günü iyunun 13-ə təyin olunub. Müğənni evli olub və iki övladı olub.
Safiulin Moskva Filarmoniyası və Mariin teatrının artisti kimi şöhrət qazanıb. Qeyd edək ki, o, "Qolos" teleşousunun altıncı mövsümünün iştirakçısı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31