Mərkəzi su basdı, musiqiçilər “Titanik” mahnısı çaldı
Mərkəzi su basdı, musiqiçilər “Titanik” mahnısı çaldı
11 İyun 2019 11:59 DünyaMeksikada ticarət mərkəzlərindən birini su basarkən, musiqiçilərin "Titanik" filminin məşhur mahnılarından birini çalması sosial mediada maraqla qarşılanıb.
Hadisə Meksikanın Quadalajara şəhərindəki ticarət mərkəzlərindən birində baş verib.
Tavanından su axan mərkəzin ortasında qurulan səhnədəki musiqiçilər "Titanik" filminin populyar "My Heart Will Go On" adlı mahnısını ifa edib.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Rəylərdə istifadəçilər "Titanik" batarkən musiqi ifa edənlər" və s. bənzətmələr yazıblar.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31