Şimali Koreya liderinin öldürülən ögey qardaşı “MKİ casusu çıxdı”

Şimali Koreya liderinin öldürülən ögey qardaşı “MKİ casusu çıxdı”

Malayziyanın paytaxtı Kuala Lumpurdakı havalimanında 2017-də sui-qəsd nəticəsində öldürülən Şimali Koreya lideri Kim Jongunun ögey böyük qardaşı Kim Jong-namın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün çalışdığı iddia edilib.
 
ABŞ-ın "Wall Street Journal" qəzetinin mövzuya dair məlumatı olan bir qaynağa söykədiyi xəbərdə, Şimali Koreya liderinin ögey böyük qardaşı Kim-in MKİ ilə əlaqəsinin olduğu ifadə edilib.
Xəbərdə, Kim-in 2017-nin fevralında Malayziya səyahətinin buradakı bir MKİ casusu ilə görüşmə məqsədli reallaşmış ola biləcəyinə işarə edilib.
İddialarla bağlı MKİ səlahiyyətliləri açıqlama verməyib.
Qeyd edək ki, Malayziyada 2 ildir davam edən Kim Jong-nam sui-qəsdi iddiası daxilində mühakimə olunan İndoneziyalı şübhəli Siti Aişə haqqındakı ittihamlara mart ayında xitam verilmiş, Vyetnamlı şübhəli Doan Thi Huong da keçən ay həbsdən buraxılmışdı.
Müxalifət.az

Kim Çen Inın edam etdiyi sevgilisinin FOTOLARI ÜZƏ ÇIXDI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31