Xəzərdə tanker partladı - İtkin düşənlər var - VİDEO- YENİLƏNİB
Xəzərdə tanker partladı - İtkin düşənlər var - VİDEO-YENİLƏNİB
11 İyun 2019 10:41 DünyaXəzər dənizində tanker partlayıb.
Partlayış Rusiyanın Mahaçqala limanında baş verib.
"Rosmorreçflot"dan (Росморречфлот) verilən məlumatda bildirilir ki, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Onlardan birinin vəziyyəti olduqca ağırdır. Onun bədəninin 95%-i yanıb. Digər üç yaralının talehi haqqında məlumat verilmir.
İnterfax agentliyi isə iki nəfərin öldüyünü yazır.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31