Nikol Qarabağ separatçılarına "sanksiya" tətbiq etdi

Nikol Qarabağ separatçılarına "sanksiya" tətbiq etdi

Nikol Paşinyan hökuməti Qarabağ separatçılarının maliyyə yardımı barədə xahişlərini rədd edir.

Bu sensasion məlumatı erməni mediası yayıb.

Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin "təhlükəsizlik şurasının katibi", general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma "prezident" Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.

Xatırladaq ki, Balasanyan "dqr prezidenti" postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Məlumatda həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən "dqr"ə tətbiq edilmiş "sanksiya" kimi qiymətləndirirlər.

Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın separatçı rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb "bəzi əraziləri verə bilər" və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31