Xəzərdə tanker partladı: ağır yaralılar var
Xəzərdə tanker partladı: ağır yaralılar var
11 İyun 2019 10:13 DünyaMahaçqala limanındakı tankerdə partlayış baş verib.
Bu məlumatı Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi yayıb. Partlayış tankerdən neft məhsulunun ötürülməsi zamanı olub.
İnsident nəticəsində beş nəfərin xəsarət alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.
Yaralananlardan birinin vəziyyətinin ağır olduğu və bədəninin 95%-nin yandığı bildirilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31