Bu ölkə də İraq və Əfqanıstandan ordusunu geri çəkir
Bu ölkə də İraq və Əfqanıstandan ordusunu geri çəkir
10 İyun 2019 22:08 Dünyaİraq və Əfqanıstanda xidmət edən Yeni Zelandiya əsgərləri 2020-ci ildə mərhələli olaraq bu ölkələrdən çıxarılacaq.
Bunu Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Onun sözlərinə görə, İraq hərbçilərinə təlim verən Yeni Zelandiya əsgərləri 12 ay, Əfqanıstanda xidmət edən əsgərlər isə 18 ay ərzində geri çəkiləcək.Baş nazir deyib ki, İraqdakı Yeni Zelandiya hərbçilərinin sayı bu ilin iyul ayında 75 nəfərə, gələn ilin yanvarında 45 nəfərədək azaldılacaq, iyun ayında isə əsgərlər ölkəni tam tərk edəcək. Əfqanıstandakı hərbi birliklərin son xidmət tarixi isə 2020-ci il dekabrın 31-dir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31