Böyük Britaniya və Cənubi Koreya arasında tarixi saziş
Böyük Britaniya və Cənubi Koreya arasında tarixi saziş
10 İyun 2019 22:04 DünyaBöyük Britaniya və Cənubi Koreya azad ticarət haqqında saziş imzalayıb.
Sənədi Britaniyanın beynəlxalq ticarət naziri Liyam Foks və Koreyanın ticarət naziri Yoo Myung-hee Seulda imzalayıb. Bu saziş iki ölkənin öz biznesini Brexitdən sonra sərbəst şəkildə davam etdirməsini nəzərdə tutur. Brexitdən sonra Cənubi Koreya güzəştli şərtlər əldə edə biləcək.
Xatırladaq ki, 2011-ci ildə Cənubi Koreya və Böyük Britaniya arasında imzalanan azad ticarət müqaviləsindən sonra ölkənin gəliri 12 faiz artıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31