Fransa İŞİD döyüşçülərinin 12 yetim uşağını qəbul etdi

Fransa İŞİD döyüşçülərinin 12 yetim uşağını qəbul etdi

Fransada "İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyada yaşayan yaraqlılarının 12 yetim uşağını qəbul ediblər.

Bu barədə informasiyanı RİA "Novosti" Fransa XİN-ə istinadən yayıb.

Qeyd edildiyi kimi, bu uşaqları xüsusi tibbi müşahidə altında saxlayırlar. Onlar həmçinin bütün sosial xidmətlərlə təmin ediliblər.

Dəqiqləşdirilir ki, gətirilmiş uşaqlar arasında Niderland vətəndaşlığı olan iki nəfər var və onlar tezliklə öz vətənlərinə qayıdacaqlar.

Daha öncə bildirilirdi ki, İŞİD tərəfindən ələ keçirilmiş yeniyetmə Bolqarıstanda terror aktının hazırlanmasına görə saxlanılıb.

"İslam dövləti" bir sıra ölkələrdə, o cümlədən Rusiyada fəaliyyəti qadağan olunmuş terror qrupudur.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31