Çində leysan 5 nəfəri öldürdü, 1 nəfəri itkin saldı
Çində leysan 5 nəfəri öldürdü, 1 nəfəri itkin saldı
10 İyun 2019 18:32 DünyaÇinin cənubunda leysan yağışları dağıntı və insan tələfatına səbəb olub.
Quansi-Çjuan muxtar rayonunda aramsız yağışlar nəticəsində 5 nəfər ölüb, 1 nəfərin isə itkin düşdüyü bildirilir.
Ümumilikdə təbii fəlakət zonasında 180 min yerli əhalinin qaldığı deyilir. 8 min sakin təhlükəsiz yerlərə təxliyə edilib.
Leysan yağışlar 5 min hektar kənd təsərrüfatı ərazisini də məhv edib, rayonun elektrik təchizatına və yol infrastrukturuna ziyan vurub. Bir neçə körpü dağılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31