Zelenski Poroşenkonun kadrlarını qovur – Daha 13 qubernator işsiz qalacaq
Zelenski Poroşenkonun kadrlarını qovur – Daha 13 qubernator işsiz qalacaq
10 İyun 2019 18:13 DünyaYeni qubernatorların namizədlikləri hələlik yalnız müzakirə edilir
Ukrayna prezidenti Vladimir Zelenski 13 regional dövlət administrasiyasının qubernatorlarını işdən çıxarmaq niyyətindədir.
AzNews.az xəbər verir ki, bu informasiyanı "Ukrayna xəbərləri" nəşri etibarlı mənbəyə istinadən yayıb.
Mənbənin sözlərinə görə, qubernatorların işdən çıxarılması yaxın vaxtlarda baş tutacaq.
O, həmçinin əlavə edib ki, yeni qubernatorların namizədlikləri hələlik yalnız müzakirə edilir.
Ukraynada 13 qubernatorun vəzifədən azad ediləcəyi haqda xəbər bir müddət öncə də yayılmışdı. Hətta, həmin vaxt deyilirdi ki, onlardan 6 nəfər artıq istefa ərizəsini yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31