Ermənistanda növbəti qalmaqallı istefa gözlənilir

Ermənistanda növbəti qalmaqallı istefa gözlənilir

Ermənistanda növbəti qalmaqallı istefa gözlənilir. 

Azadinform trend-ə istinadən xəbər verir ki, növbəti istefaya çıxacaq şəxs Konstitusiya Məhkəməsinin (KM) sədri Qrayr Tovmasyan ola bilər. Məlumatlara görə, Q.Tovmasyanın ətrafındakı dairə daralır. Ola bilsin, yaxın saatlar və yaxud günlərdə KM sədri vəzifəsindən gedəcək. Onun da baş nazir Nikol Paşinyanla münasibətlərinin gərgin olduğu vurğulanıb. 

Xatırladaq ki, bundan əvvəl ədliyyə naziri Artaq Zeynalyan və Ali Məhkəmə Şurasının sədr müavini Gevorq Danielyan da istefa veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31