Diplomatdan şok:" Prezident Assancı buna görə satdı"
Diplomatdan şok: "Prezident Assancı buna görə satdı"
10 İyun 2019 13:52 DünyaBöyük ehtimalla "Vikiliks" portalının rəhbəri Culian Assanc ABŞ-a təhvil veriləcək.
Bu barədə Ekvadorun keçmiş XİN rəhbəri Rikardo Patino danışıb.
Onun sözlərinə görə, Ekvador Prezidenti Lenin Morenonun satqınlığı bu cür ehtimalı gündəmə gətirib. Patino Prezident Morenonun sığınacaq almış şəxsi təhvil verməklə beynəlxalq normaları və insan hüquqlarını pozduğunu qeyd edib.
"ABŞ Morenoya sakit gələcək vəd edib. Prezident Ekvadorda qala bilməyəcək, çünki ona olan etimad səviyyəsi 2 il ərzində 15 faizdən aşağı enib. Yenidən seçilmək üçün onun hətta kiçicik bir şansı da yoxdur. Ancaq o, sağçıların hakimiyyətə gəlməsi üçün yol hazırlayır", - Patino bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31