Su evə doldu, ana və uşağı içəridə qaldı- VİDEO
Su evə doldu, ana və uşağı içəridə qaldı- VİDEO
10 İyun 2019 12:59 DünyaTürkiyənin paytaxtı Ankarada güclü yağış ciddi fəsadlar törədib.
Oxu24.com haberler.com saytına istinadən xəbər verir ki, Ankarada binanın zirzəmisində yaşayan ana və kiçik övladı köməksiz vəziyyətdə qalıb. Evin içərisi su ilə dolduğundan onlar qapını açmaqda və çölə çıxmaqda çətinlik çəkib. Polis əməkdaşları boğulmaqda olan ananı və qızı çətinliklə də olsa xilas edə bilib. Hadisə yerinə gələn polis və xilasedicilər qapını xüsusi alətlərlə qıraraq evə dolmuş suyu azaldıb.Daha sonra ana və qızı xilas ediblər. Həmin həyəcanlı kadrları anbaan təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31