Senatordan Zelenkiyə xəbərdarlıq: "Bu, fəlakət ola bilər"
Senatordan Zelenkiyə xəbərdarlıq: "Bu, fəlakət ola bilər"
10 İyun 2019 12:27 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Pyotr Poroşenkonun baş nazir postuna təyinatının ölkə üçün nə qədər təhlükəli olduğunu anlamaya bilməz.
Bu sözləri rusiyalı senator Frants Klintseviç deyib.
"Əlbəttə ki, həlledici qərar Ukrayna xalqınındır. Digər tərəfdən Zelenski anlamalıdır ki, Poroşenkonun baş nazir olması əsl fəlakətlə nəticələnər. Ölkə üçün bu proses uzun çəkə bilər. Prezident üçün də həmçinin..." - deyə Klintseviç qeyd edib.
Qeyd edək ki, eks-prezident P.Poroşenko növbədənkənar parlament seçkilərində partiyasının qalib gələcəyi təqdirdə baş nazir postuna gəlməyə hazır olduğunu bəyan edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31