Poroşenko gələcək planını açıqladı: “Əsas hədəf…”

Poroşenko gələcək planını açıqladı: “Əsas hədəf…”

Avropa Həmrəyliyi Partiyasının lideri, keçmiş Ukrayna prezidenti Petro Poroşenko gələcək siyasi planlarını açıqlayıb.

Parlament seçkilərinə hazırlaşan Poroşenko ölkənin baş naziri postuna olan iddiasını gizlətməyib.

Jurnalistin baş nazir olub-olmamaq haqda sualına sabiq prezident belə cavab verib: "Seçkiləri qazansaq, bəli".

Poroşenko deputat kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi sualını isə cavabsız qoyub.

O, əsas hədəfin parlament seçkiləri olduğunu deyib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31