Smartfondan bir həftəlik imtinaya görə 1000 dollar verirlər
Smartfondan bir həftəlik imtinaya görə 1000 dollar verirlər
9 İyun 2019 19:11 DünyaABŞ-da maraqlı aksiya keçirirlər. Smartfondan bir həftəlik imtinaya görə 1000 dollar verirlər.
Aksiyanı "Frontier Communications" internet provayderi reklam kampaniyası çərçivəsində keçirir. Əvəzində adi qapaqlı telefon işlətmək təklif olunur.
Provayder 1000 dolları elə-belə vermir. Pulu almaq üçün yaradıcılıq müsabiqəsində də iştirak etmək lazımdır. Yəni "eksperimentdə niyə sizin adınız olmalıdır?" sualının 100-200 sözlə izahı tələb olunur. Müsabiqədə uğur qazananlar bir həftə smartfondan imtina etməklə 1000 dolları ala bilər.
bizimyol
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31