Qasırğa dəhşət törətdi: 34-dən çox insan öldü
Qasırğa dəhşət törətdi: 34-dən çox insan öldü
9 İyun 2019 18:49 DünyaHindistanın Uttar-Pradeş və Madhya-Pradeş ştatlarında toz, ildırım və yağışla müşahidə olunan qasırğa ilə bağlı hadisələr nəticəsində azı 34 nəfər ölüb, daha 57 nəfər yaralanıb.
Təbii fəlakət nəticəsində Uttar-Pradeş ştatında 26 nəfər, Madhya-Pradeşdə isə 8 nəfər həyatını itirib.
İnsanların çoxu evlərin divar və damlarının uçması, həmçinin ildırım və yol qəzaları səbəbindən ölüblər.
Uttar-Pradeşdə azı 16 evin dağılması ilə əlaqədar genişmiqyaslı əməliyyat aparılır.
Madhya-Pradeşdə su qıtlığı müşahidə olunur, insanlar arasında isə su üstündə münaqişə yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31