Ermənistanda qədim alban monastrı yandı
Ermənistanda qədim alban monastrı yandı
9 İyun 2019 15:43 DünyaErmənistanda Axpat monastr kompleksində yanğın baş verib.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi informasiya yayıb.
"Lori əyalətində yerləşən Axpat monastr kompleksindəki birmərtəbəli binada yanğın çıxıb", - nazirlikdən bildirilib.
Hazırda yanğının söndürülməsi üzərində iş aparılır.
Qeyd edək ki, X əsrə aid Axpat monastrı alban tarixinin bir hissəsi sayılır.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31