Kadırov sərvətini açıqladı

Kadırov sərvətini açıqladı

Çeçenistan lideri Ramzan Kadırov illik gəlirini və sərvəti ilə bağlı deklarasiya təqdim edib.

Deklarasiyada Kadırovun 2018-ci ildə 7.58 milyon rubl qazandığı göstərilib. Bu göstərici Kadırovun ötən ilki gəlirindən 700 min rubl çox olub.

Məlumata görə, Kadırov 2344.3 kvadrat kilometrlik mənzilə sahibdir. Bundan əlavə Çeçenistan lideri, arvadı və 11 azyaşlı uşaqlarının istifadəsində həmçinin 300 kvadrat metrlik daha bir ev var. Kadırovun arvadının ötən il əldə etdiyi gəlir 60 min rubla bərabər olub. O, 209.8 kvadrat kilometrlik mənzilin sahibi kimi göstərilib.

Bununla yanaşı Ramzan Kadırovun yetkinlik yaşına çatmamış uşaqlarından biri ötən il ərzində 210.8 min rubl qazanıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31