Zelenski meşədə mətbuat konfransı keçirdi

Zelenski meşədə mətbuat konfransı keçirdi

Ukrayna Prezidenti Vladimir Zelenski növbəti maraqlı hərəkəti ilə gündəmə gəlib.  V.Zelenski meşədə mətbuat konfransı keçirib. "Zalesye" şəhərətrafı yerində baş tutan görüşdə jurnalistlərdən başqa, Prezident Administrasiyasının əməkdaşları da iştirak edib. Danışıqların təfərrüatları açıqlanmır. Jurnalistlər sosial şəbəkə hesablarında görüşdən fotolar paylaşaraq Zelenskinin onlara şaurma qonaqlığı verdiyini qeyd ediblər.

Görüşdə yalnız xüsusi dəvət olunmuş media mənsubları iştirak edib. Ölkə prezidenti ilə yalnız söhbət edən yerli KİV nümayəndələri, bu söhbətləri yazmaq niyyətində olmadıqlarını qeyd edirlər. Çünki söhbətlər xüsusi görüş əsnasında baş tutub və bu xahiş olunub. 

V.Zelenski bildirib ki, açıq və böyük mətbuat konfransı Prezident seçilməyinin 100-cü gününün tamamında baş tutacaq. 

News24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31