Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qaldı
Səudiyyə Ərəbistanında aeroport dronların hücumuna məruz qaldı
9 İyun 2019 11:44 DünyaSəudiyyə Ərəbistanında hava limanı pilostuz uçan aparatların hücumuna məruz qalıb.
Bu barədə "Al-Masirah" telekanalının Twitter səhifəsində yer alan məlumatda deyilir.
Bildirilir ki, hücumu "Ansar Allah" hərəkatından olan Yəmən husiləri təşkil edib.
Səudiyyə Ərəbistanı hökuməti hələlik Cizan aeroportuna hücumla bağlı məlumatı təsdiqləməyib.
Xatırladaq ki, sonuncu dəfə husilərin dronları Səudiyyə Ərəbistanındakı hava limanına mayın 26-da hücum etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31