Soçidə dəhşətli qəza, çox sayda turist yaralandı
Rusiyada ağır yol-nəqliyyat hadisəsi olub.
Ren.TV xəbər verir ki, Soçidə turistləri daşıyan iki avtobusun toqquşması nəticəsində azı 15 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzanın səbəbləri hələlik məlum deyil.