Soyludan İmamoğluna: "VİP xəstəliyinə tutuldun"

Sənə nə oldu ki, "Koç"un təyyarələri ilə birgə sağa-sola gedib, VİP-lərdən keçmə xəstəliyinə, səltənətinə tutuldun.

Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 23 iyunda İstanbulda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı danışarkən deyib. O, İstanbul bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğluna mürcaiət edib:

"Allah qorusun, əgər bunlar qələbə qazanarsa, görəcəkləri iş ortadadır. Dövlətin valisinə "it" deyən, dövlətin polisini təhqir edən adam. Sən hələ dünənə qədər hər kəsi qucaqlayırdın", - Soylu qeyd edib.

Qeyd edək ki, Ə.İmamoğlunun bundan əvvəl Türkiyədə Koç Holdinqə aid xüsusi təyyarələrlə səyahət etməsi tənqid edilmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31