ABŞ-da iki senator özünü güllələdi - Foto
ABŞ-da iki senator özünü güllələdi - Foto
9 İyun 2019 11:03 Dünyaİki gün ərzində ABŞ-ın iki sabiq senatoru özünü güllələyərək öldürüb.
Musavat.com-un xəbərinə görə, onlardan biri Conatan Nikols öz evində güllə yarasından dünyasını dəyişib. O, Oklahoma ştatının senatoru (2001-2013) olub. Evli və 2 qız atası olan sabiq senator xalq arasında rəğbət qazanmışdı.
Mərkəzi Litl-Rok olan Arkanzas ştatının sabiq senatoru xanım Linda Kollins-Smitun da iki uşağı var idi. O, 2019-cu ilin yanvarına kimi (2015-2019) ştatın senatoru olub. Meyiti evinin yaxınlığında tapılıb. Polis bildirib ki, o, bir neçə güllə yarası alıb. Böyük ehtimalla, o da özünə qəsd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31