Türkiyədə suriyalılara qəribə qadağa qoyuldu
Türkiyədə suriyalılara qəribə qadağa qoyuldu
9 İyun 2019 11:01 DünyaTürkiyənin Bursa şəhərinin Mudanya bölgəsində suriyalı qaçqınlara sahilə getmək və dənizdə çimmək qadağan edilib.
Bu barədə Mudanya bələdiyyəsi qərar qəbul edib. Bələdiyyədən verilən açıqlamada Mudanya xalqının narahat olduğuna görə belə bir qərar verildiyi bildirilib.
CHP-çi bələdiyyə sədri Hayri Türkyılmazın Tvitterdə paylaşdığı xəbərdə "Mudanya bələdiyyə sədri suriyalıların işğal etdiyi sahilləri qurtardı" sözləri sosial istifadəçiləri tərəfindən irqçilik kimi qiymətləndirilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31