Putin Zelenski ilə hələlik görüşmək istəmir

Putin Zelenski ilə hələlik görüşmək istəmir

Yaxın zamanlarda Rusiya və Ukrayna prezidentlərinin görüşü nəzərdə tutulmayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüşün keçirilməsi planda yoxdur.

"Hələlik planda belə bir görüş yoxdur",- deyən Peskov əlavə edib ki, Kiyevin Minsk razılaşmalarını icra etməsi, ikitərəfli əlaqələrin normallaşdırılmasına dair atacağı addımlarla bağlı Kreml öz rəyini formalaşdırandan sonra münasibətlər barədə konkret fikir bildirmək mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31