Ukraynada təyyarə yoxa çıxdı
Ukraynada təyyarə yoxa çıxdı
7 İyun 2019 18:07 DünyaUkraynanın Kiyev vilayətində göyərtəsində 3 nəfər olan təyyarə yoxa çıxıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat katibi Viktoriya Ruban bildirib.
"İlkin ehtimallara görə, göyərtəsində 3 nəfər olan təyyarə yoxa çıxıb. Təyyarə "Çayka" aeroklubuna məxsusdur", - Ruban bildirib.
Faktla bağlı araşdırma başladılıb.
Bir sıra yerli mətbuat orqanları təyyarənin Jitomir şossesinin 19-cu kilometrliyində "Svyatoşin" idman bazası yaxınlığında qəzaya uğradığını iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31