Türk Hava Yolları uçuşlarının sırasına Strasburqu da əlavə etdi
Türk Hava Yolları uçuşlarının sırasına Strasburqu da əlavə etdi
7 İyun 2019 16:10 DünyaTürk Hava Yolları 31 may tarixindən etibarən yenidən Strasburq istiqamətində birbaşa uçuşlar başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, uçuşlar həftədə 4 dəfə olmaqla, İstanbul hava limanından Strasburq Entsaym hava limanına reallaşdırılır.
Strasburq Türk Hava Yollarının Fransadaki yeddinci təyinat nöqtəsidir və bu il ərzində Birləşmiş Ərəb Əmirliklərinin Şarja və Mərakeşin Marrakeş şəhərlərindən sonra bayraq daşıyıcısının uçuş şəbəkəsinə əlavə edilmiş üçüncü beynəlxalq istiqamətdir. Türk Hava Yollarının Cənubi Avropa regionunda satış üzrə vitse-prezidenti Ömər Faruk Sönməz Strasburqda təşkil edilmiş açılış mərasimində iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31