Milli parkdan 14 şir qaçdı

Milli parkdan 14 şir qaçdı

Hazırda şirlərin tutularaq parka geri qaytarılması istiqamətində tədbirlər görülür

Cənubi Afrika Respublikasının şərqində yerləşən Krüger milli parkından ən azı 14 şir qaçıb.

Yerli Capricorn FM radiostansiyası xəbər verir ki, insidentlə əlaqədar Limpopo əyalətində yerləşən Phalaborva şəhərinin əhalisinə ehtiyatlı olmaq tövsiyə edilib. Reyncerlər qrupunun vəziyyətə nəzarət etdiyi bildirilir.

Hazırda şirlərin tutularaq parka geri qaytarılması istiqamətində tədbirlər görülür.

İyunun 5-də Krüger milli parkında bəbirin hücumu nəticəsində əməkdaşlardan birinin 2,5 yaşlı övladı həlak olmuşdu. Bir qədər sonra parkın reyncerləri digər insanlara hücumun qarşısını almaq üçün həmin bəbiri güllə ilə vuraraq öldürmüşdü.(AZƏRTAC)

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31