"Nikol Paşinyan şounu yığışdırmalıdır"

"Nikol Paşinyan şounu yığışdırmalıdır"

Ermənistanın baş naziri "qara geyimli insanlar qrupu" barədə bəyanat vermək üçün 100 faiz yoxlanılmış informasiyaya malik olmalıdır. Bu barədə hüquq müdafiəçisi Nina Karapetyan yurnalistlərlə görüşü zamanı Nikol Paşinyanın dünənki bəyanatına münasibət bildirərkən deyib.

Xatırladaq ki, baş nazir Nikol Pashinyan bir gün əvvəl hökumət yığıncağında deyib ki, müəyyən dairələrin "qara geyimli insanlar qrupu" yaradaraq şəhəri dolaşacağı, onlara lazım olan əhval ruhiyyə yaradacağı barədə onun məlumatı var. Erməni baş nazir hüquq mühafizə orqanlarına bu qrupları tapmaq, qara geyimlə əlaqədar onlarla məsələni həll etmək tapşırığı verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, hökumətin iclasında baş nazirin bəyanatı yalnız dərhal "dayandırılmalı" şou idi.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31