Zelenskinin təyyarəsi Tiflisdən 10 uşaqla qayıtdı
Zelenskinin təyyarəsi Tiflisdən 10 uşaqla qayıtdı
7 İyun 2019 14:17 DünyaUkrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Gürcüstandan valideynləri tərəfindən Abxaziyaya aparılması istənilən 10 uşaqla birlikdə geri qayıdıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Konsul Xidməti Departamentinin nümayəndəsi Vasili Kiriliç danışıb.
"Uşaqlar evlərindədir. Biz isə analarının tezliklə qaytarılması istiqamətində çalışırıq", - Kiriliç bildirib.
Məlumata görə, Yuliya Suslyak adlı qadın 10 uşağını Abxaziyaya keçirmək niyyətində olub. Qadın Gürcüstanda həbs edilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31