Türkiyəli pilotların ABŞ-da təlimə qəbulu dayandırıldı
Türkiyəli pilotların ABŞ-da təlimə qəbulu dayandırıldı
7 İyun 2019 13:42 DünyaABŞ rəsmi Ankaranın Rusiyadan "S-400" zenit-raket kompleksini satın alma qərarı ilə əlaqədar Türkiyədən F-35 qırıcıları üçün pilotların təlimlərə qəbul edilməməsi barədə qərar verib.
Qərar hazırda ABŞ-da olan pilotlara deyil, Arizona ştatında yerləşən "Lyuk" aviabazasında təlimə qoşulmaq istəyənlərə şamil olunub.
Məlumata görə, hazırda "Lyuk" aviabazasında 4 türkiyəli pilot təlim görür. Türkiyədən olan daha iki pilot isə təlimatçı olaraq fəaliyyət göstərir.
Eyni zamanda, aviabazada 20 Türkiyə vətəndaşı var ki, onlar da hərbi təyyarələrin istismarına məsuliyyət daşıyır, amerikalı mütəxəssislərin rəhbərliyi altında təlim keçirlər.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31