Qarabağda ağır qəza… - Ermənilər yasda

Qarabağda ağır qəza… - Ermənilər yasda

Bu gün səhər Qarabağda avtobus qəzası baş verib.

Saat 08:58-də qəza mərkəzinə Xankəndi-İrəvan yolunun 55-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. İlkin məlumatlara görə, Əskəran rayonunun Xaçen kənd sakini tərəfindən idarə olunan "Mercedes Sprinter" markalı avtobus qeyri-müəyyən şəraitdə yoldan çıxaraq aşıb.

Qəza yerinə çağrılan xilasedicilər müxtəlif dərəcədə xəsarət alan yaralıları Laçın rayon regional tibb birliyinə, oradan isə Xankəndidəki tibb mərkəzinə və "Arevik" uşaq klinikasına aparıblar.

"Avtobusda Əskəran rayonu Çaxkaşat kəndinin məktəbinin müəllim və şagird heyəti olub. Onlar Tatev monastırına ekskursiyaya gedirdi", - deyə məlumatda qeyd olunub.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31