Yeməkdən imtina yeni ideya yaradır? - Durov sınağa başladı
Yeməkdən imtina yeni ideya yaradır? - Durov sınağa başladı
7 İyun 2019 13:30 DünyaVKontakte sosial şəbəkəsinin və Teleqram messencerinin təsisçisi Pavel Durov bir ay müddətinə qida qəbulundan imtina etməyə qərar verib.
Bu barədə Durov özünün Teleqram kanalında informasiya yayıb.
Durov son 6 gün ərzində qida qəbulunu tamamilə dayandırıb və yalnız su içməklə kifayətlənir. O, bu təcrübəni bir aya qədər uzatmaq niyyətindədir.
Durov sözügedən təcrübənin düşüncə tərzinə müsbət təsir göstərdiyini və bu müddət ərzində layihələri ilə bağlı yeni ideyalara imza atacağına ümid etdiyini qeyd edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31