Tanınmış rəqqasənin çaydan cəsədi tapıldı - FOTO
Tanınmış rəqqasənin çaydan cəsədi tapıldı - FOTO
7 İyun 2019 12:26 DünyaRumınyada təşkil olunan bacarıq müsabiqəsində iştirak edən rəqqasənin cəsədi tapılıb.
Onun cəsədini Reyn çayının ətrafında gəzən iki nəfər görərək, polisə xəbər veriblər.
Hadisə ilə bağlı ilk şübhəli kimi onun sevgilisi saxlanılıb.
Alla Klişta adlı əslən Ukraynadan olan "Hula Hoop" rəqqası Almaniyada, Baden-Vürtemberq şəhərində yaşayıb.
33 yaşlı rəqqasə itkin düşdüyünə görə Frankfurtda təşkil olunan qala gecəsində iştirak edə bilməyib.
Hazırda qızın cəsədi autopsiya mərkəzinə göndərilib. Onun qəsdən öldürüldüyü ehtimal olunur.
Cinayətlə bağlı axtarışlar davam etdirilir.
milli



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31