Ən bahalı təyyarədaşıyanlar F-35-ə uyğun gəlmədi

Ən bahalı təyyarədaşıyanlar F-35-ə uyğun gəlmədi

ABŞ Konqresi ölkənin ən yeni aviadaşıyıcı gəmilərindən sayılan "CVN-79 Con F. Kennedi" gəmisinin istismarını qadağan edə bilər.

Bu barədə "Drayv" nəşri yazıb.

Sözügedən qərara səbəb beşinci nəsil F-35 təyyarələrinin gəminin EMALS elektromaqnit katapult və AAG aerofinişer sistemi versiyaları ilə uyğun gəlməməsi olub. Belə ki, F-35-lər "Con F. Kennedi" gəmisindən havaya qalxa və eniş edə bilmir.

Bundan əlavə layihənin əleyhdarları CVN-79 gəmisinin baza funksiyalarını yerinə yetirə bilmədiyi fikrini müdafiə edir. Sınaqlar zamanı gəmidən yalnız "F/A-18 Super Hornet" və "EA-19G Grovler" təyyarələri havaya qalxa bilib.

Qeyd edək ki, CVN-79 gəmisi "Ford" layihəsinə aiddir. Bu layihənin ilk təyyarədaşıyan gəmisi "CVN-78 Gerald R.Ford" Vaşinqtona 12.9 milyard dollara başa gəlib. Gəmi 2009-cu ildə suya buraxılsa da, donanmaya 2017-ci ildə təhvil verilib. Pentaqon bu sinfə aid ümumilikdə 10-12 gəmi istehsal etmək niyyətindədir. Onların bir hissəsi 2027-ci ilə qədər silahlanmaya qəbul edilə bilər.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31