Qars bələdiyyəsi ermənilərə qucaq açdı

Qars bələdiyyəsi ermənilərə qucaq açdı

Türkiyənin Qars bələdiyyəsindəı Azərbaycanı məyus edəcək, cəmiyyətimizdə ciddi narazılığa səbəb olacaq görüş keçirilib. "OLAYLAR"-ın Qars bələdiyyəsinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın bir neçə rəsmi şəxsləri bələdiyyəyə gələrək orada görüşlər keçiriblər. Qars bələdiyyə binasını ziyarəıt edən ermənilər arasında Ermənistan İdman, Mədəniyyət və Turizm işləri üzrə koordinatoru İştan Zakaryan, İrəvan Dövlət Üniversitetinin tarix fakultəsinin dekanı Edik Minasyan və həmin fakultənin müəllimi Aşot Soğomonyan yer alıb. Erməni mənsublar buarada Qars bələdiyyəsi sədrinin köməkçiləri  Ayhan Bilgen və Şevin Alaca ilə görüşüblər. Təəssüflüsü odur ki, Qarsa gələn və bələdiyyədə görüşlər keçirən ermənilərə Qars bələdiyyəsi adından təşəkkür ifadə edilib və onlara xatirə hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31