Putin fərman imzaladı: Onun istefası qəbul edildi

Putin fərman imzaladı: Onun istefası qəbul edildi

Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun istefasını qəbul edib.

Bununla bağlı Putin fərman imzalayıb.

Fərmana əsasən, Morozovun yerinə qubernator vəzifəsini İqor Babuşkin icra edəcək.

İqor Babuşkin Rusiya Silahlı Qüvvələrində və Federal Təhlükəsizlik Bürosunda qulluq edib. O, Rusiya Dövlət Əmlakının İdarə olunması üzrə Federal Agentliyi rəhbərinin müavini, Prezidentin Şimali Qafqaz Fedral Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini işləyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31